Passiv siqaretə məruz qalma ağciyərlərə və digər daxili orqanlara
mənfi təsir göstərir.
Eyni zamanda alimlər bunun dəriyə də təsir etdiyini sübut
ediblər.
Xüsusilə, ekspertlər 22-45 yaş arası sağlam və siqaret çəkməyən on
nəfəri seçib və onlardan üç saat ərzində siqaret tüstüsünün içində
isladılmış paltar geyinməyi xahiş ediblər. Onlara həmçinin siqaret
tüstüsünün dəri vasitəsilə bədənə daxil olması üçün qaçış cığırında
15 dəqiqə vaxt keçirmək tapşırılıb.
Qan və sidik nümunələri götürdükdən sonra qrup oksidləşdirici DNT
zədələnməsini göstərən biomarkerlərin yüksəldiyini və qan zülal
səviyyələrində dəyişikliklərin olduğunu aşkar edib.
“Paltardan tütün tüstüsünün təsiri ilə bağlı təcrübəmiz dərinin
qıcıqlanmasına səbəb olmayıb, lakin kontakt dermatit, psoriaz və
digər dəri xəstəliklərinin erkən aktivləşdirilməsi ilə əlaqəli
markerlər yüksəlib”, - tədqiqat müəllifi Şeyn
Sakamaki Çinq deyib.
saglamolun.az