Hamı bilir ki, çay çox faydalı içkidir.
Çay orqanizmə stimullaşdırıcı təsir göstərir, yorğunluğu azaldır,
əhval-ruhiyəni yaxşılaşdırır, əlavə enerji verir, əqli fəaliyyəti
stimullaşdırır, yüngül sidikqovucu təsirə malikdir, xərçəngəleyhinə
təsir edir.
Qara çayla müqayisədə yaşıl çay daha faydalı sayılır.
Çayı (həm qara, həm də yaşıl) daha da faydalı etmək üçün ona
müxtəlif müalicəvi otlar, ədviyyatlar (hil, mixək və s.) əlavə
olunur.
Kəklikotulu çay çox dadlı və faydalı müalicəvi içkidir.
- Kəklikotulu çay qan dövranını yaxşılaşdırır, əqli fəaliyyəti
yaxşılaşdırır.
- Soyuqdəymə zamanı belə çay çox yaxşı iltihabəleyhinə təsir
göstərir, xəstənin vəziyyətini yaxşılaşdırır.
- Kəklikotulu çayı baş ağrılarını azaldır.
- Mədə pozulmaları zamanı belə çay qarın "yığır", büzücü və
mikrobəleyhinə təsir edir.
- İmmun sistemini möhkəmləndirir.
- Orqanizmi təmizləyir.
- Arıqlamağa kömək edir.
- Nəfəs yollarını selikdən, mikroblardan təmizləyir.
- Sistit zamanı yaxşı müalicəvi təsir göstərir.
Ev şəraitində kəklikotulu çayı hazırlamaq üçün qara və ya yaşıl çay
dəmlədikdə çaydana 1 çimdik quru kəklikotu əlavə edin, 7 dəqiqə
ərzində dəmləyin və sonra için.
Nəzərə almaq lazımdır ki, belə çayı daim qəbul etmək olmaz.
Mənbə: Saglamolun.Az