Narın faydaları haqqında çoxlu sayda məqalə və kitablar
yazılıb.
Antioksidant, vitamin, mineral, büzücü və s. faydalı maddələrlə
zəngin olan nar həqiqətən şəfa mənbəyidir.
Bəzi ölkələrdə bu meyvəni yuxarı hissəsində olan "taca" və unikal
xüsusiyyətlərə görə "kral meyvəsi" adlandırırlar.
Nar həqiqətən bir çox faydalı və müalicəvi xüsusiyyətlərlə
zəngindir - ürək-damar və sinir sistemini qoruyur, immuniteti
möhkəmləndirir, qanın tərkibini yaxşılaşdırır, orqanizmi
cavanlaşdırır, xərçəng əleyhinə təsir edir.
Narın bütün hissələri faydalıdır - dənələri, qabıqları,
çəyirdəkləri.
Narın içində olan nazik ağ arakəsmələr qədim zamanlardan ishal
zamanı dərman kimi istifadə olunur.
Həmçinin bu arakəsmələr sakitləşdirici vasitə kimi də tanınır.
Arakəsmələri yığın, qurudun və çaya əlavə edin. Belə çay sinir
sistemini sakitləşdirir, gərginliyi azaldır, yuxunu
tənzimləyir.
Ağız iltihabı, damaqların qanaması, stomatit zamanı arakəsmələri
dəmləyin və ağız boşluğunu qarqara edin. Bu vasitə antiseptik təsir
edir, sağalmanı tezləşdirir.
Saglamolun.Az