Soyuq fəsillərdə biz daha çox soyuqdəymə xəstəliklərinə
tutuluruq.
Bu xəstəliklərin profilaktikası üçün və ya soyuqdəymənin ilk
simptomlarında faydalı vitaminli çayların qəbulu sizə çox yaxşı
kömək edə bilər.
1. Zəncəfilli
çay
Orta ölçüdə olan zəncəfil kökünü sürtgəcdən keçirin, 1 xörək qaşığı
quru nanə əlavə edin və üzərinə 1/2 l qaynar su töküb 30 dəqiqə
ərzində termosda dəmləyin. Daha sonra dəmləməni süzün və zövqə görə
bal əlavə edib için.
2. Limonlu-ballı
çay
Bu sadə vasitə əsl təbii dərmandır. 1 stəkan ilıq (40 C-dən yuxarı
olmamalıdır) suya 1 limonun şirəsini sıxın və 1 xörək qaşığı duru
bal əlavə edib qarışdırın və dərhal için. Gün ərzində 1-2 stəkan
qəbul etmək olar.
3. İtburnu
dəmləməsi
İtburnu immuniteti yaxşılaşdırır və orqanizmin infeksiyalara olan
davamlılığını artırır.
3 xörək qaşığı itburnu meyvələri yaxşı yuyulur, xırda doğranılır və
termosda 1/2 l qaynar suda dəmlənilir. 1 saatdan sonra dəmləməni
2-3 dəfə bir neçə dəfə qatlanmış təmiz tənzifdən süzün və gün
ərzində adi çay kimi qəbul edin. Qəbul etdikdən əvvəl dəmləməyə
limon şirəsini və bal (zövqə görə) əlavə edin.
4. Çobanyastığı
çayı
Bu çay da immun sisteminə müsbət təsir edir, iltihablarla mübarizə
aparır.
1 xörək qaşığı çobanyastığı otu 1 stəkan qaynar suda dəmləyin və
bal əlavə edib için.
5. Quru meyvələrin
dəmləməsi
5 dənə ərik qurusu, 5 dənə qara qavalı, 1 ovuc qara kiçmiş yaxşı
yuyulur, termosa qoyulur və üzərinə 1/2 l qaynar su əlavə olunur. 1
saat dəmləyin və gün ərzində için.
6. Darçınlı-mixəkli
çay
3 dənə mixək, 1/2 çay qaşığı darçın 1/2 l qaynar suda termosda
dəmləyin, üzərinə 1/2 portağalın şirəsini sıxın və 2 xörək qaşığı
bal əlavə edib adi çay kimi gün ərzində için.
Bu çayları dəmlədikdən sonra dərhal içdikdə effekt daha yaxşı olur.
Uzun müddət ərzində dəmlənmiş çayları saxlamayın - onların faydası
azalır.
Daha yaxşı effekt almaq üçün gün ərzində müxtəlif çaylardan
istifadə etmək olar.
Mənbə: Saglamolun.Az