İnsan orqanizminə ən faydalı qidalar sırasında süd, bal,
yumurta, əncir və s. bir çox qida məhsullarının adını çəkə
bilərik.
Ayrı-ayrılıqda onların hər biri insan orqanizmini lazımı
vitaminlərlə təmin edir. Bəs siz əncirli südün inanılmaz
faydalarını bilirdinizmi?
Əncirin insan sağlamlığına möcüzəvi faydaları ilə yanaşı,
qurudulmuş ənciri südün içərisində saxlayıb içmək iki qat daha
faydalıdır. Yazını diqqətlə oxumağınızı tövsiyə edirəm.
"Marneuli"
radiosu oxucularına əncirli südün insan sağlamlığı
üçün möcüzəvi təsiri haqqında maraqlı faktları təqdim edir:
Əncirlə südün birlikdə qarışımından alınan ləziz qida orqanizmi
zəngin vitaminlərlə təmin etməkdən əlavə qəbizlik, öskürək, boğaz
ağrısı kimi bir çox xəstəliklərin də qarşısını alır.
Qəbizlik üçün əncirli südü necə istifadə
etməli?
Südü qazın üzərində qaynadın. Qaynayan südün içərisinə 3 və ya 4
ədəd əncir qurusu əlavə edib qarışdırın. Əncirlə birlikdə 5 dəqiqə
qaynatdıqdan sonra, qarışımı blenderdən keçirin. Pürə halına
gəldikdən sonra qatı halda olan qarışımı ilıq vəziyyətdə için. Bu
qarışımı həftədə 2 dəfə etməniz kifayətdir. Ən az 1 ay sonra
qəbizlik probleminə vida edəcəksiniz.
Öskürək üçün əncirli südün hazırlanma qaydası isə
belədir:
Ümumiyyətlə əncir tərkibindəki vitaminlər sayəsində sinəni
yumşaldaraq soyuqdəymə zamanı yaranan problemləri aradan qaldırır.
Bronxit və öskürək kimi sağlamlıq problemlərində, bəlğəmli öskürək
zamanı çox faydalıdır. İki su stəkanı qaynadılmamış (çiy) südün
içərisinə 2 ədəd əncir qurusu doğrayın. Qazda 20-30 dəqiqə
qaynatdıqdan sonra, isti halda için. Bu qarışımı vəziyyətdən asılı
olaraq gün ərzində 2 dəfə qəbul etmək olar.
Əncirli süd qarışımı boğaz ağrısının da birəbir
dərmanıdır:
2-3 ədəd əncir qurusunu 2 çay qaşığı balla birlikdə isti suda
qarışdırın. Çay əvəzinə gündə 2 dəfə bu qarışımı hazırlayıb içmək
boğaz ağrısının təbii dərmanıdır.
Əgər siz ağartı məhsullarından istifadə edə bilmirsizsə, süd içə
bilmirsinizsə, qurudulmuş əncir yeyin. Onların tərkibindəki
vitaminlər orqanizmi, kalsium, fosforla təmin edir. Gün ərzində 3
ədəd quru əncir yemək tövsiyə edilir.
Mənbə: Saglamolun.Az