Artıq qarğıdalı mövsümü başlayıb. Bu isə o deməkdir ki,
yayın ləzzətini doya-doya yaşayacağıq.
Bu həm də o deməkdir ki, dəniz kənarında, evlərdə qarğıdalı
bişəcək. Kifayət qədər kalorili və faydalı bitki olan qarğıdalının
saçağı da ən az özü qədər faydalıdır.
Min bir dərdin dərmanı olan qarğıdalı çayının sonsuz fayaları
var:
Sidik yolları, sidik kisəsinin və prostat vəzi infeksiyası kimi
xəstəliklərin müalicəsində istifadə edilir. Qarğıdalı saçağı çayı
bu xəstəliklərə qarşı istifadə edildikdə boymadərən ilə birlikdə
hazırlayın.
- Qarğıdalı saçağı çayı bədənə qüvvət verir.
- Qırxaçar çayı kimi yel ağrılarına yaxşı təsir edir.
- Qan şəkərini tarazlaşdıran qarğıdalı saçağı çayı pəhrizdə ikən
arıqlamağa yardım edir.
- Sidik qovucu xüsusiyyətə malik qarğıdalı saçağı çayı böyrək
daşının əmələ gəlməsinin qarşısını alır.
Qarğıdalı saçağı çayı necə
dəmlənir?
Qarğıdalı saçağı çayı hazırlamaq üçün öncə seçilən qotazları xırda
doğrayın və qaynayan suyun içinə atın. Çayı hazırladıqda qotazları
su ilə birlikdə qaynatmayın. Suyun içinə atılan qarğıdalı saçaqları
10 -15 dəqiqə qapağı örtülü dəmlənir və süzülüb içilir. Çay üçün
istifadə edilən ölçü: 1 stəkan suya xırda doğranmış 2 çay qaşığı
saçaq
Eyni zamanda qarğıdalı saçağı çayının arıqlatmaq xüsusiyyəti var.
Bunun üçün gilas saplağını qarğıdalı saçağı ilə birlikdə
qaynadın.
Mənbə: Saglamolun.Az