Yeni ildə alınan hədiyyələr insana sevinc bəxş edir. Ən yaxşı
hədiyyəni seçmək üçün bu məqaləmizdən faydalana bilərsiniz.
Sevdiklərinizə kiçik, amma mənalı hədiyyələr almaqla onları xoşbəxt
edə bilərsiniz.
Bu qısa müddət ərzində hədiyyə seçmək çətinlik yarada bilər. Buna
görə məqaləmizi oxumaq doğru seçim etməyinizə kömək edər.
Anaya yeni ildə hansı hədiyyəni almaq olar?
Anaya yeni il hədiyyəsi
Yeni ildə analarımızı sevindirmək, məsud etmək bizim borcumuzdur.
Biz məişət əşyalarını hədiyyə kimi tövsiyə etmirik. Tövsiyələrimiz
aşağıdakılardı:
- Soyuq qış günlərində geyindikcə sizi xatırlayacağı
sviter.
- Rəngli muncuqlardan ibarət boyunbağı.
- Gözəl bir palto.
- Özünə vaxt ayırdıqda oxuması üçün kitab.
Ataya yeni ildə hansı hədiyyəni almaq olar?
Ataya yeni il hədiyyəsi
Atalarımız bəlli etməsələr də, əslində incə ruha malikdirlər.
Onlara yeni ildə hədiyyə alsaq, buna ehtiyac olmadığını deyərlər,
daxillərində isə çox sevinərlər. Atalar üçün tövsiyə etdiyimiz
hədiyyələr:
- Hobbilərini icra edəcəkləri avadanlıqlar.
- Gözəl bir pencək
- Maraqlı görünüşü olan təsbeh.
- Günün hər vaxtına sizi xatırlaması üçün saat.
- Rahat, yumşaq gecə paltarı.
Həyat yoldaşına yeni ildə hansı hədiyyəni almaq olar?
Həyat yoldaşına yeni il həsiyyəsi
Həyat ortağımız olan həyat yoldaşımızı yeni ildə sevindirmək,
xoşbəxt etmək əsas istəklərimizdən biri olmalıdır. Həyat yoldaşı
üçün tövsiyə etdiyimiz hədiyyə növləri aşağıdakılardır:
- Gözəl və sadə boyunbağı.
- Biləklərində daşıyacaqları xatirə bilərziyi.
- Birlikdə olduğunuz fotonu böyütdürüb hədiyyə edə bilərsiniz.
- Əllərini isti saxlaması üçün əlcək.
- Gözəl bir yeni il süfrəsi.
- Kiçik və ya böyük yeni il ağacı.
- Eynək.
- Romantik həftəsonu.
Dostlara yeni ildə hansı hədiyyəni almaq olar?
Hər kəsin həyatında sevdiyi, dəyər verdiyi dostu olur. Dostumuz
üçün yeni ildə hansı hədiyyəni ala bilərik? Tövsiyələrimizə nəzər
salın:
- Konsert bileti.
- Sevdiyi yazıçının kitabı.
- Ən sevdiyi ətir.
- Xatirələrini yazması üçün gündəlik və qələm.
- Sviter.
- Şərf.
Sevdiklərimizi sevindirmək üçün bayramlar gözəl bəhanədir. Onları
adi günlərdə də kiçik sürprizlərlə xoşbəxt edə bilərik.
Mənbə: İlk.az