Keşniş toxumunun faydaları
Keşniş toxumu parfümeriyada, mətbəxtə, xalq və həmçinin ənənəvi tibdə geniş istifadə olunur.

Efir yağları və müxtəlif vitaminlərlə (A,C, B qrupu, K, P) zəngin olan keşniş toxumunun faydaları və müalicəvi xüsusiyyətləri saymaqla bitməz:

- mikrob, virus və göbələkləri öldürür

- ürək və beyinin fəaliyyətini yaxşılaşdırır

- insanı daha gümrah edir, əhvalı yaxşılaşdırır, stressi azaldır

- iştahanı yaxşılaşdırır, qidanın parçalanmasını sürətləndirir

- köpdən xilas edir

- qurdları öldürür

- nəfəs yollarını selik və mikroblardan təmizləyir, nəfəsalmanı asanlaşdırır

- öd kisəsində durğunluq proseslərini azaldır

- kişilərdə potensiyanı artırır

- soyuqdəymə xəstəlikləri zamanı çox faydalıdır - tərlədir, hərarəti salmağa kömək edir, orqanizmdən toksinləri xaric edir, xəstənin vəziyyətini yüngülləşdirir.


Keşniş toxumundan müalicəvi dəmləmə hazırlamaq üçün 1 x.q. toxum termosda yarım l isti (qaynar yox!) suda 1 saat ərzində dəmlənilir və gün ərzində 2-3 dəfə yarım stəkan olmaqla adi çay kimi içilir. Çaya bal da əlavə edə bilərsiniz.

Saglamolun.Az
Print Email
FaceBook Twitter Google