Keşniş toxumu parfümeriyada, mətbəxtə, xalq və həmçinin
ənənəvi tibdə geniş istifadə olunur.
Efir yağları və müxtəlif vitaminlərlə (A,C, B qrupu, K, P) zəngin
olan keşniş toxumunun faydaları və müalicəvi xüsusiyyətləri
saymaqla bitməz:
- mikrob, virus və göbələkləri öldürür
- ürək və beyinin fəaliyyətini yaxşılaşdırır
- insanı daha gümrah edir, əhvalı yaxşılaşdırır, stressi
azaldır
- iştahanı yaxşılaşdırır, qidanın parçalanmasını sürətləndirir
- köpdən xilas edir
- qurdları öldürür
- nəfəs yollarını selik və mikroblardan təmizləyir, nəfəsalmanı
asanlaşdırır
- öd kisəsində durğunluq proseslərini azaldır
- kişilərdə potensiyanı artırır
- soyuqdəymə xəstəlikləri zamanı çox faydalıdır - tərlədir,
hərarəti salmağa kömək edir, orqanizmdən toksinləri xaric edir,
xəstənin vəziyyətini yüngülləşdirir.
Keşniş toxumundan müalicəvi dəmləmə hazırlamaq üçün 1 x.q. toxum
termosda yarım l isti (qaynar yox!) suda 1 saat ərzində dəmlənilir
və gün ərzində 2-3 dəfə yarım stəkan olmaqla adi çay kimi içilir.
Çaya bal da əlavə edə bilərsiniz.
Saglamolun.Az