Dəfnə yarpağı bir sıra faydalı xüsusiyyətlərə malikdir və
buna görə də müxtəlif sahələrdə tətbiq edilir.
Lakin onun bir sıra çox da məlum olmayan xüsusiyyətləri
mövcuddur.
"Marneuli" radiosu dəfnə yarpağının gizli qalan faydalı
xüsusiyyətlərindən söz açır.
Qanda olan şəkər miqdarını
azaldır
15 ədəd dəfnə yarpağını kiçik bir qazana qoyun, üzərinə 1.5 stəkan
sərin su tökün. Vam odda 5 dəqiqə qaynadın. Dəmləməni termosa tökün
və 3-4 saat saxlayın, daha sonra süzün.
Alınan məhlulu bütün gün ərzində 50 ml olmaqla için. Eyni proseduru
əlavə 2 gün də təkrar edin. Daha sonra 2 həftə fasilə verərək
yenidən davam edin. Bu, qanda olan şəkərin miqdarını qaydaya
salacaq.
Sağaldıcı təsirə
malikdir
Əgər bədəninizdə açıq yara varsa, o zaman dəfnə dəmləməsi ilə həmin
nahiyənin ətrafını tez-tez silin. Bu, yaraya mikrob düşməsinin
qarşısını alacaq və dərinin bərpa olunmasını təmin edəcək.
Bədənin virus və
infeksiyalara qarşı dayanıqlılığını artırır
Bir sıra xəstəliklərə qarşı orqanzimin müqavimətini artırmaq üçün
bu reseptdən isifadə edin. 10 ədəddən az olmaqla dəfnə yarpağını
1,5 stəkan suda qaynadın və gün boyu için. Proflaktika məqsədilə
dəmləməni gündə 1 x/q olmaqla yeməkdən əvvəl 7 gün müddətində qəbul
edin.
Saçlara və dəriyə yaxşı təsir
göstərir
Üz dərisini təmizləmək üçün tonuslaşdırıcı losyon hazırlamaq
olar
1. 15-20 ədəd dəfnə yarpağını 100 ml suya atın və 3 dəqiqə
qaynadın. Məhlulu 1 saat saxlayaraq soyudun. Üzü, boyun və dekolte
hissəsini onunla silin. Losyonu 1 ay ərzində soyuducuda saxlaya
bilərsiniz.
2. Saçları möhkəmləndirmək üçün də dəfnə yarpağından hazırlanmış
ekstraktdan istifadə edə bilərsiniz. Bunun üçün 2 x/q xırdalanmış
dəfnə yarpağının üzərinə az miqdar qaynar su tökərək 1 saat
saxlayın. Daha sonra üzərinə 2 x/q bal əlavə edin.
Alınan kütləni saçlarınızın diblərinə çəkin, bağlayaraq 1 saat
saxlayın. Daha sonra şampunla yuyun.
Yuxusuzluq zamanı kömək
edir
Əgər övladınız pis yatır və tez-tez oyanırsa, o zaman təzə dəfnə
yarpağını əzərək ətrini otağa yayın. Həmçinin dəfnə yarpağından
vanna da edə bilərsiniz. 10 ədəd dəfə yarpağını 1 litr suda 30
dəqiqə qaynadın. Daha sonra uşağı bu su ilə yuyun. Körpəniz gecə
rahat yatacaq və oyanmayacaq.
Mənbə: Saglamolun.Az