Yel Universitetinin alimləri yüksək təzyiqin ən effektli
müalicəsinə həsr olunmuş elmi araşdırmanın nəticələrini dərc
ediblər.
Uzun illər ərzində alimlər yüksək təzyiqdən əziyyət çəkən 4,9
milyon xəstənin məlumatlarını təhlil ediblər.
Araşdırmanın nəticələri alimləri xeyli təəccübləndirib. Məlum olub
ki, təzyiqi salmaq, insult, infarkt və ürək çatışmazlığının riskini
azaltmaq üçün ən ziyansız və effektli üsul diuretiklərdən
(sidikqovucu preparatlar) istifadə etməkdir.
Alimlərin fikrinə görə, hipertoniyanın müalicəsinin ilk
mərhələlərində məhz sidikqovuculardan (məsələn, furosemid,
hidroxlorotiazid) istifadə çox yaxşı nəticələr verir.
Adətən hipertoniyanın müalicəsi üçün istifadə olunan kaptopril,
lizinopril, perindopril və s. kimi preparatlar daha aşağı nəticələr
verir və həmçinin onların daha çox yanaşı təsirləri var.
Bundan əlavə sidikqovucu preparatlar həm də ucuzdur.
Alimlərin fikrinə görə, həkimlər hipertoniyanın müalicəsi
strategiyasına ciddi dəyişikliklər etməlidir.
Mənbə: Saglamolun.Az