Makaron məmulatlarla qidalanma çəki artımına yol açmır və
hətta insanın arıqlamasına kömək edir.
Kanadalı tədqiqatçılar belə bir nəticəyə gəlib. Bu haqda elmi
məqalə “EurekaAlert” nəşrində dərc olunub.
Alimlər makaronla qidalan 2500 nəfərin iştirak etdiyi 30
araşdırmanın nəticələrini təhlil edib. Könüllülər həftədə üç dəfə
yarım boşqab porsiya makaron yeyib.
Maraqlıdır ki, üç ay davam edən eksperimentdən sonra könüllülər
orta hesabla 500 qram arıqlayıb.
Mediklərin sözlərinə görə, makaron məmulatlar balanslaşdırılmış
pəhriz ilə qəbul edildikdə çəkinin artmasına və piy qatının
yığılmasına yol açmır. Bu sözügedən məhsulun aşağı qlikemik indeksi
ilə əlaqədardır.
Saglamolun.Az