Bağırsaqların normal mikroflorası insanın sağlamlığında çox
böyük rol oynayır - immuniteti yüsək səviyyədə saxlamağa kömək
edir,
həzm sistemi xəstəliklərindən qoruyur, xərçəngin qarşısını alır,
orqanizmi cavanlaşdırır və s.
Yeni araşdırmalardan biri göstərib ki, stress və depressiyadan
əziyyət çəkən insanlarda bağırsqların mikroflorası pozulmuş olur və
mikrofloranın normallaşması bu insanların vəziyyətinə çox müsbət
təsir edir.
Daha bir müasir araşdırma zamanı aşkar olunub ki, yüksək təzyiqdən
əziyyət çəkən insanlarda mikrofloranın yaxşılaşması təzyiqin
tənzimlənməsində çox böyük rol oynayır. Bu səbəbdən yüksək
təzyiqdən əziyyət çəkirsinizsə, qidalanmanızda daim pro- və
prebiotiklərlə zəngin olan qidalar olmalıdır. Pro- və prebiotiklər
bağırsaqların normal mikroflorasını bərpa edir və qoruyur.
Probiotiklərlə zəngin olan qidalar:
- - süd məhsulları (xüsusilə kefir, qatıq, kəsmik,
yoqurt)
- - duzlu kələm ("molokan" kələmi)
Prebiotiklərlə zəngin olan qidalar:
- - tərəvəzlər (xüsusilə çuğundur, kök, istənilən kələm
növləri, soğan)
- - göyərtilər
- - meyvələr (xüsusilə alma, banan, qavalı, ərik,
əncir)
Mənbə: Saglamolun.Az