Aspirin dərmanının faydaları. Həmin faydaları sizə təqdim
edirik.
1) Saçınızdakı kəpəyin qarşısını alır.
İki ədəd aspirini əzin və istifadə etdiyiniz şampuna qatın.
Saçınızı şampunladıqdan sonra 1-2 dəqiqə gözləyin və yaxşıca
durulayın.
2) Ayağınızdakı qabarları müalicə edir.
5-6 ədəd aspirini əzərək toz halına gətirin. 1 çay qaşığı limon və
bir çay qaşığı su ilə qarışdıraraq bir maddə halına gətirin. Həmin
qarışımı qabar üzərinə sürtərək neylon salafan ilə bağlayaraq 10
dəqiqə ayaqlarınızı bir qədər yüksəkdə saxlayın. Sonra yumşalan
qabarı xəfif şəkildə fırçalayın.
3) Çiçəklərinizin ömrünü uzadın.
Güldana qoyacağınız çiçəklərin suyuna bir ədəd aspirini əzərək
atın.
4) Geyimlərdəki tər ləkələrini çıxarda
bilərsiniz.
2 ədəd aspirini bir stəkan suyun içində əzərək əridin. Qarışığı
paltardakı tər ləkəsi olan hissədə 2 saat gözlədərək, yuyun.
5) Sızanaqlarınızı qurudun.
Bir ədəd aspirini əzərək, az su ilə krem halına gətirin. Qarışığı
sızanağın üzərinə sürtün və 1-2 dəqiqə gözlədin. Sonra sabunlu
suyla yuyun.
Mənbə: Saglamolun.Az