Kembric Universiteti (Böyük Britaniya) alimləri araşdırma
nəticəsində ürək üçün ən faydalı yağı təyin ediblər.
Alimlərin fikrinə görə, 4 həftə ərzində kokos yağını istehlak edən
insanda ürək xəstəlikləri və insultun riski azalır.
Araşdırmada yaşı 50-dən 75 qədər olan 94 insan iştirak edib.
İştirakçıları 3 qrupa bölüblər. Qruplardan birinə hər gün 3 x.q.
zeytun, digər qrupa kokos, üçüncü qrupa isə kərə yağını istehlak
etməyi tövsiyə ediblər.
4 həftədən sonra zeytun yağını istehlak edən qrupda "pis"
xolesterolun səviyyəsi bir qədər azalıb, "yaxşı" xolesterolun
səviyyəsi isə 5% artıb.
Kokos yağı istehlak edən iştirakçılarda yaxşı xolesterolun
səviyyəsi 15% artıb ki, bu da ürək-damar xəstəliklərinin, infarkt
və insultun riskinin xeyli azalması deməkdir.
Kərə yağının istehlakı isə müsbət nəticələr göstərməyib.
Mənbə: Saglamolun.Az