Kök şirəsinin orqanizm üçün nə qədər faydalı olduğunu bu
zəngin vitaminlər kompleksini istifadə edənlər daha yaxşı
bilir.
Həftədə heç olmasa iki-üç dəfə bu şirədən istifadə etməklə siz
sağlamlığınızın qayğısına qalmış olarsınız.
"Marneuli" radiosu kök şirəsinin faydaları haqqında yazını sizə
təqdim edir:
- Gözlərinizin hər hansı bir xəstəliklə üzləşməsini
istəmirsinizsə, kökdən və xüsusilə də kök şirəsindən daha çox
istifadə edin. Bu, həm də görmə qabiliyyətinizi
yaxşılaşdıracaq.
- Kök şirəsi qanı təmizləyir, orqanizmdən toksinlərin və
zərərli maddələrin xaric olunmasında mühüm rol
oynayır.
- Maddələr mübadiləsinin tənzimlənməsi üçün kök şirəsi ən
yaxşı vasitələrdən biridir.
- Kök şirəsinin ən əsas faydalarından biri də, xüsusilə,
yaşlı insanlarda immun sisteminin gücləndirilməsinə
təsiridir.
- Kök şirəsindən istifadə etməklə siz böyrəklərinizdəki
kiçik daşlardan da xilas ola bilərsiniz.
- Qaraciyərin fəaliyyətini yaxşılaşdıran kök şirəsi həm
də ödqovucu xassəyə malikdir.
- Dərinizin sağlam və təravətli görünməsini
istəyirsinizsə, mütəmadi olaraq kök şirəsindən istifadə
edin.
- Avitaminoz xəstəliyinin müalicəsində kök şirəsi ən
güclü vasitədir.
- Onkoloji xəstəliklərin profilaktikası üçün kök və kök
şirəsindən istifadə etmək məsləhətdir.
- Kökəlməyə və piylənməyə qarşı mübarizə aparanlar kökdən
daha çox istifadə etsələr, müsbət nəticələr əldə
edəcəklər.
- Vitaminlərlə zəngin olan kök şirəsi ağciyərlər üçün
olduqca faydalıdır.
- Kök şirəsindən istifadə etmək hamilə qadınlara da
məsləhət görülür.
- Bu şirədən istifadə saçların və dırnaqların
möhkəmlənməsinə də təsir göstərir.
Mənbə: Saglamolun.Az