Ədviyyatlar bir çox faydalı və müalicəvi xüsusiyyətlərlə
zəngindir.
Bu səbəbdən müxtəlif ədviyyatları qidalara və içkilərə əlavə
etməklə biz nəinki onların dadını, həm da faydasını xeyli
artırırıq.
Ən populyar ədviyyatlardan biri olan darçın adətən şirniyyatlara və
bəzi qidalara əlavə olunur. Lakin Şərqdə darçını qəhvə və çaya da
daim əlavə edirlər. Bu içkinin dadını qeyri-adi edir. Bundan əlavə
çaya əlavə olunmuş darçın orqanizmə müalicəvi və profilaktik təsir
edir.
- "Marneuli" radiosu xəbər verir ki, darçınla çay mübadilə
proseslərini sürətləndirir, iştahanı azaldır, arıqlamağa kömək
edir. Bəzi iddialara görə, darçınla çay insanda şirniyyat və unlu
məmulatlara olan meyli azaldır.
- Qanda şəkərin səviyyəsini aşağı salır.
- Ürək-damar sistemi üçün olduqca faydalıdır.
- Orqanizmdə iltihabları azaldır.
- Əhval-ruhiyyəni yaxşılaşdırır, insanı daha gümrah edir, iş
qabiliyyətini artırır, orqanizmin tonusunu artırır.
- Beyinin fəaliyyətini stimullaşdırır, yaddaşı və diqqəti
yaxşılaşdırır.
- Kişilərdə potensiyanı artırır, prostat vəzi xəstəliklərinin
riskini azaldır.
- Təbii afrodiziakdır - qadın və kişilərdə cinsi meyli artırır.
Darçınlı çayı hazırlamaq üçün darçın borucuğunun kiçik hissəsini
götürün, üyüdün və çay dəmlədikdə çaydana əlavə edin.
Mənbə: Saglamolun.Az