Lionel Messi karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
“Əl-İttihad” argentinalı futbolçunun xidmətində maraqlıdır.
Məlumata görə, klub PSJ ilə müqaviləsi mövsümün sonunda başa
çatacaq 35 yaşlı hücumçuya astronomik məbləğ təklif edib. Onlar
Messiyə illik 94 milyon dollar ödəməyə hazırdırlar.
Bu keçidlə “Əl-İttihad” “Ən-Nəsr” və “Əl-Hilal”dan geriliyi aradan
qaldırmaq və yenidən çempion olmaq istəyir. İddia edilir ki, artıq
klub nümayəndələri futbolçunun yaxın ətrafı ilə qeyri-rəsmi
danışıqlara başlayıblar.
Bir müddət əvvəl “Ən-Nəsr” Kriştianu Ronaldunu transfer edərək,
səs-küyə səbəb olmuşdu.
Mənbə: Oxu.az