Gənc futbolçu oyun zamanı öldü
Fil Dişi Sahilinin "Rasinq" klubunun futbolçusu Mustafa Silla vəfat edib.

Buna 21 yaşlı müdafiəçinin oyun zamanı infarkt keçirməsi səbəb olub.

Hadisə yüksək liqanın XX turunun SOL-la matçında baş verib. "Rasinq"in 3:1 hesabı ilə qalib gəldiyi qarşılaşmada vəziyyəti pisləşən Silla dərhal xəstəxanaya aparılıb. Lakin futbolçu yolda vəfat edib.

Qeyd edək ki, Mustafa Silla ötən ilin yayından Abican şəhərinin təmsilçisində çıxış edirdi.

Mənbə: Milli.az
Print Email
FaceBook Twitter Google