Sağlamlıq problemi olaraq çox tez-tez rast gəlinən baş ağrıları
insanların gündəlik həyatına öz təsirini göstərir.
Növlərinə görə fərqli şəkildə büruzə verən baş ağrıları bir neçə
saat, hətta bir neçə gün davam edə bilir.
Baş ağrılarına qarşı təbii vasitələri təqdim edirik:
Lavanda yağı:
İyləmək, diffuzora 2 damcı tökərək otağı havalandırmaq, kağız
salfetin üzərinə damcılatmaqla istifadə edə bilərsiniz.
Nanə yağı:
Tıbbdə istifadə olunan nanə yağı rahatladıcı təsiri nəticəsində
yüksək qan təzyiqi və gərginliklə əlaqədar yaranan baş ağrılarında
faydalı təbii müalicə üsulu olaraq istifadə olunur.
Reyhan yağı:
Reyhan yağı əzələləri rahatladan vasitə olaraq təsirlidir. Baş
ağrılarına və zəif əzələlərə də musbət təsir gostərir.
Kətan toxumu:
Kətan toxumu da omega 3 baxımından zəngin olması ilə baş ağrılarına
yüngülləşdirici təsir göstərir.
Türk qəhvəsi və çay:
Qəhva və çay da baş ağrısını yüngülləşdirmək üçün istifadə
olunur.
Qəhvənin içərisindəki kafein baş ağrısını azalmağa qadirdir. Bir
fıncan Türk qəhvəsi, yaxud çay içmək ağrının başlanğıcında çox
təsirli ola bilir. Lakin qəhvəni həddindən artıq istifadə etməmək
lazımdır.
Barmaqla akupunktur bölgələrə təsir
göstərmək:
Baş barmaqla işarət barmağı arasındakı sahəyə diğər əllə təzyiq
göstərmək baş ağrısının dayanmasına səbəb ola bilir.
Qaşlar arasındakı nöqtədəki akupunktur bölgəyə təzyiq etmək stress
və yorğunluqdan yaranan baş ağrılarını yüngülləşdirir.
Burun və göz yuvası arasındakı nöqtə burun çəpərinin və göz
yuvasının üzərində qaşlarınızın altında yerləşir. Stress və ya
soyuqdan qaynaqlanan baş ağrılarından xilas olmaq üçün işarət
barmaqları vasitəsilə o bölgəyə təzyiq göstərə bilərsiniz.
İsti duş:
Əğər baş ağrısı qrip, yaxud da sinusit ilə əlaqədardırsa duş zamanı
ilıq hava burun yollarının açılmasına təsir göstərəcək.
Alın və gicgahlara buz qoymaq:
Alın və gicgah bölgəsinə yaş dəsmal qoymaq və ya buz torbası ilə
soyuq kompres qoymaq rahatlamağa səbəb olacaq. Alın və gicgah
bölgəsinə soyuq komres qoyulduğu zaman baş ağrılarından qısa
zamanda xilas olmaq olar. Təsirli olması üçün proses
təkrarlanmalıdır.
Susuz qalmamaq:
Baş ağrılarının səbəblərindən biri də susuzluqdur. Ona görə də baş
ağrısı başlayan kimi su içmək lazımdır.
Baş ağrısı varsa suyu çox da soyuq içməməyə diqqət edilməlidir.
Baş arxasına, boyun və çiyindən
masaj:
Bu, baş ağrısını yüngülləşdirmək üçün tətbiq oluna bilər.
Alma sirkəsi:
1 stəkan qaynar suya 1 çay qaşığı alma sirkəsi əlavə edilir.
Yaxşıca qarışdırılır və içilir.
Limon suyu:
Bir stəkan isti suya yarım limon sıxılır və qarışdırıldıqdan sonra
içilir.
Mixək:
Açıq halda olan çayın içərisinə 9-10 ədəd mixək atılır və şəkər
əlavə edilmədən içilir.
Bibəriyə çayı:
Miqren ağrıları üçün bir stəkan su qaynadılır, içərisinə bir çay
qaşığı bibəriyə əlavə edilir. 9-10 dəqiqə zəif odun üzərində
dəmlənir.
Dəmləndikdən sonra süzülüb yeməklərdən sonra içilir. Bu qarışıq
gündə 2 dəfə 21 gün ərzində tətbiq edilir.
Yaşıl çay:
Yaşıl çay şiddətli baş ağrıları zamanı ən təsirli həll yollarından
biridir. Baş ağrıları zamanı yaşıl çay içilməsi tövsiyə olunur.
Cökə:
Cökə çayı da şiddətli baş ağrıları zamanı içilməsi məsləhət görülən
çaylardandır.
Çobanyastığı çayı:
Çobanyastığı çayının sakitləşdirici xususiyyəti şiddətli bas
ağrıları zamanı faydalı təsirə malikdir.
Saglamolun.Az