Çempionlar Liqası: Həftənin ən yaxşı futbolçusu adına namizədlər bəlli olub
UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb.

Bu ada İngiltərənin “Çelsi” klubundan Mark Kukurelya, Portuqaliya “Benfika”sından Rafa Silva, Almaniya “Bavariya”sından Tomas Müller və İtaliyanın “Milan” komandasından Fikayo Tomori iddia edirlər.

Qeyd edək ki, qalib UEFA-nın rəsmi saytında səsvermə yolu ilə bəlli olacaq.

Mənbə: Oxu.az

Print Email
FaceBook Twitter Google