"TikTok"da istifadəçilər videolarını sata biləcək
Tanınmış “TikTok” sosial şəbəkəsi platformaya ödənişli videolar yerləşdirməyə imkan yaradacaq.

Vdeoların uzunluğu 20 dəqiqəyə qədər çata bilər və 80-ə yaxın kadrları birləşdirmək olacaq.

Yeni məzmun növü “Series” adlanır. Bu seriyada olan videolar üçün kontent sahibləri 1 ilə 190 dollar arasında qiymət təyin edəcəklər.

Ancaq müəlliflər məbləği tam almayacaq. Kontentin emal dəyəri və mağazanın komissiyası gəlirdən çıxarılacaq.

İzləyicilər ödənişli məzmunu “TikTok” platformasından ala biləcəklər. 

Mənbə:lent.az

Print Email
FaceBook Twitter Google