Yeni transfer qol vurdu, "Qalatasaray" 63 illik rekordu yenilədi
Türkiyə Super Liqasında XXV turun oyunları keçirilir.

Lider “Qalatasaray” öz meydanında “Kasımpaşa” ilə üz-üzə gəlib.

Qələbə üçün “sarı-qırmızılar”a 1 qol bəs edib. Yeganə topu 57-ci dəqiqədə Nikolo Zaniolo vurub. Bu, qışda İstanbiul klubuna keçən italyanın ilk rəsmi oyununda ilk qolu olub.

Beləliklə, "Qalatasaray" Super Liqada ardıcıl 14-cü oyunda qələbə qazanıb. Bu, Türkiyə çempionatları tarixində yeni rekorddur. Daha əvvəl 1959/60 mövsümündə "Beşiktaş" ardıcıl 13 qələbə əldə etmişdi.

24 matçda 60 xal toplayan “Qalatasaray” vahid liderdir. Komanda ən yaxın izləyicisi “Fənərbağça”nı 9 xal üstələyir.
Mənbə: oxu.az


Print Email
FaceBook Twitter Google