Rusiya millisi Mərkəzi Asiya Futbol Assosiasiyasının (CAFA) 2023-cü
ilin iyununda keçiriləcək ilk çempionatında çıxış edəcək.
Bu barədə Tacikistan Futbol Federasiyasının mətbuat katibi Faridun
Saliyev məlumat verib.
“Rusiya komandası bu il iyunun 9-dan 21-dək keçiriləcək Mərkəzi
Asiya Futbol Assosiasiyasının kişilərdən ibarət milli
komandalarının iştirakı ilə keçiriləcək birinci çempionatında
iştirak edəcək”, - deyə “Match TV” Saliyevdən sitat
gətirib.
Qeyd olunub ki, futbol assosiasiyasının bütün altı üzvü -
Tacikistan, İran, Özbəkistan, Qırğızıstan, Türkmənistan və
Əfqanıstan çempionatda iştirakını təsdiqləyib. CAFA yeni turnirə
daha bir Asiya komandası dəvət edib.
UEFA və FIFA Ukraynaya hərbi müdaxilə səbəbindən Rusiya yığmasının
və klublarının öz bayraqları altında keçirilən beynəlxalq
turnirlərdə iştirakını dayandırıb.
Mənbə: Oxu.az