Türkiyənin ilk elektromobili olan TOGG bu həftə satışa çıxarılacaq.
Bunu ölkənin sənaye və texnologiya nazirinin müavini Mehmet Fatih
Kaçır bəyan edib.
“Allahın izni ilə Türkiyənin TOGG avtomobili bu həftə satışa
çıxarılacaq. O, önümüzdəki günlərdə xalqımızın ixtiyarına
veriləcək”, - deyə Kaçır bildirib.
O qeyd edib ki, artıq Türkiyə öz bölgəsinin parlaq istehsal
bazasına çevrilib. Bu gün ölkə Avropanın dördüncü, dünyanın isə
14-cü ən böyük avtomobil istehsalçısıdır.
Mənbə: Haber Global