Avropa Oyunlarında şahmat yarışları keçiriləcək
Polşanın ev sahibliyi edəcəyi III Avropa Oyunları çərçivəsində şahmat yarışları keçiriləcək.

Avropa Şahmat İttifaqının məlumatına görə, şahmat turniri iyunun 19-da olacaq.

Qaydalara əsasən, 2 nəfərdən ibarət (1 kişi və 1 qadın şahmatçı) iştirakçı komandalar blitsdə mübarizə aparacaq. İştirakçı ölkələr Beynəlxalq Şahmat Federasiyasının martın 1-də açıqlanan klassik şahmat üzrə reytinqinə əsasən seçiləcək. Azərbaycanla yanaşı daha 7 ölkə yarışda iştirakçı olacaq.

Reqlamentə görə komandalar dairəvi sistemlə mübarizə aparacaq. İlk dörd yeri tutacaq ölkələr pley-off mərhələsinə vəsiqə qazanacaq.

Mənbə: oxu.az
Print Email
FaceBook Twitter Google