Polşanın ev sahibliyi edəcəyi III Avropa Oyunları çərçivəsində
şahmat yarışları keçiriləcək.
Avropa Şahmat İttifaqının məlumatına görə, şahmat turniri iyunun
19-da olacaq.
Qaydalara əsasən, 2 nəfərdən ibarət (1 kişi və 1 qadın şahmatçı)
iştirakçı komandalar blitsdə mübarizə aparacaq. İştirakçı ölkələr
Beynəlxalq Şahmat Federasiyasının martın 1-də açıqlanan klassik
şahmat üzrə reytinqinə əsasən seçiləcək. Azərbaycanla yanaşı daha 7
ölkə yarışda iştirakçı olacaq.
Reqlamentə görə komandalar dairəvi sistemlə mübarizə aparacaq. İlk
dörd yeri tutacaq ölkələr pley-off mərhələsinə vəsiqə
qazanacaq.
Mənbə: oxu.az