Qəbizlik uşağın düzgün qidalanmaması nəticəsində yaranan
problemdir. Ancaq ev şəraitində bəzi qidalar və bitki mənşəli
məhsullardan istifadə edərək bunun qarşısını almaq mümkündür.
Qəbizliyin qarşısını almaq üçün istifadəsi məsləhət olan bitki
mənşəli vasitələr:
Zeytun yağı və limon qarışığı:
Uşaqlara qəbizlik zamanı 1 çay qaşığı zeytun yağını 1çay qaşığı
təzə sıxılmış limon suyu ilə qarışdırıb səhər acqarına içirilir.
Limon suyunun əvəzinə portağal suyu da istifadə etmək olar.
Quru meyvə və zeytun yağı qarışığı
1
ədəd quru əncir, 2 ədəd ərik qaxı və 2 gavalı xırda-xırda
doğrandıqdan sonra üzərinə 1 stəkan yarım qaynar suya əlavə edilir.
Biraz soyuduqdan sınra 1 xörək qaşığı zeytun yağı qarışdırıb sutka
ərzində hər dəfə bir qaşıq olmaqla iki-üç dəfə uşağa içirilir.
Bitki çayları
Bir çox bitki çayları,
xüsusilə razyana və çobanyastığı çayı uşağın qısa müddətdə
qəbizlikdən xilas olmasına kömək edər.
Razyana toxumu
Razyana uşaqlarda
qəbizliyə qarşı yayğın istifadə edilən təbii vasitələrdən biridir.
2 stəkan suya bir çay qaşığı razyana toxumu əlavə edib qaynatdıqdan
sonra süzülür və gündə bir-iki qaşıq istehlak olunur.
Kişmiş
Bir ovuc kişmiş 1 gecə suda
isladılır. Süzüldükdən sonra islanmış kişmişlər qəbizlikdən əziyyət
çəkən uşağa yedizdirilir.
Meyvələr
Uşağa armud, üzüm, gavalı,
yemiş, ərik, əncir, xurma kimi meyvələr gündə ən az 2 porsiya
yedizdirilmilidir. Bu meyvələr mövsümdən asılı olaraq yaş və ya
quru ola bilər. Ancaq uşağın zövqünə uyğun olaraq kompot və ya şirə
şəklində hazırlanmalıdır.
Alma qabığında lif miqdarı yüksək seviyyədə olduğu üçün, bu
meyvənin qabıqları ilə istehlak edilməsinə üstünlük
verilməlidir.
Armud həzm sistemini sürətləndirir və mədəni rahatladır. Bu meyvə
də alma kimi qabıqlı yeyilməlidir.
Uşaqlarda qəbizliyə qarşı görülə biləcək digər
tədbirlər:
- Kartof və unlu qidaların istehlakı
dayandırılmalıdır
- İnək südü istehlakı azaldılmalı və keçi südünə
üstünlük verilməlidir.
- Ağ çörək əvəzinə çovdar, qarabaşaq və ya tam buğda
çörəyi istehlak edilməlidir.
- Şəkərli məhsulların istehlakından imtina
edilməlidir.
- Düyü plovu və makaron əvəzinə bulqur plovuna
üstünlük verilməlidir.
- Bağırsaqları tənzimləmək üçün evdə çalınmış qatıq,
kefir, sup kimi qidalar daha çox istehlak
edilməlidir.
- Uşağın qida rasionuna meşə meyvələri və lifli
tərəvəzlər əlavə edilməlidir.
- Meyvə qaxları və bu meyvələrdən hazırlanan qidalar
istehlak edilməlidir.
- Turşulu, qəhvə və qara çay kimi içkilər uşaqlara
verilməməlidir.
- Uşaqlar üçün fəaliyyət sahəsi yaradılmalı və idman
etməsi təmin edilməlidir.
Körpələrdə qəbizliyə qarşı
tətbiqi asan tədbirlər
- Körpəni ilıq suda çimdirmək və ya 5-10 dəqiqə ilıq
suda oturtmaq əzələlərini rahatladıb qəbizlikdən xilas olmasına
kömək edər.
- Dörd aydan yuxarı körpələrdə qəbizlik müşahidə
edilərsə, yeməklə yanaşı gavalı, alma, armud və şaftalı şirələri
verilə bilər.
- Körpəni məşq etdirmək qəbiz olmasının qarşısını
alır.
- Körpənin qarnını əl ilə yarım ay hərəkətləri ilə
masaj etmək bağırsaq hərəkətlərinin sürətlənməsinə kömək edər.
Lakin hər körpənin quruluşu fərqli olduğu üçün bütün bu üsulları
sınamazdan əvvəl həkim ilə məsləhətləşmək tövsiyə
olunur.
Saglamolun.Az