Fransanın PSJ klubunun futbolçusu Lionel Messi İspaniya
"Barselona"sından təklif gözləyir.
Bu barədə jurnalist Qaston Edul sosial şəbəkədə bildirib.
Onun sözlərinə görə, 36 yaşlı hücumçu Kataloniya təmsilçisinə
qayıtmağa hazırdır. Messi yenidən sabiq komandasının formasını
geyinmək arzusundadır.
Qeyd edək ki, Lionel Messi 2003-2021-ci illərdə “Barselona”da çıxış
edib. Onun PSJ ilə cari mövsümün sonunadək müqaviləsi var.