Sızanaqları evdə özünüz belə müalicə edin - Effektiv üsul
Dünyanın ən çox rast gəlinən dəri xəstəlikləri arasında yer alan sızanaq ilə əksəriyyətimiz gənc yaşda tanış olarıq.

Sızanaqlar çirk, ölü dəri və məsamələrin tıxanması səbəbindən meydana gələ bilər. Məsamələrin tıxanması qara nöqtələrin yaranmasına və ya iltihaba səbəb olsa da, yağ vəzlərinin həddindən artıq ifrazı, hormon reseptorları arasındaki tarazsızlıq və ya dalğalanma, stress, düzgün qidalanmamaq, dərmanların yan təsirləri və gigiyenanın kifayətsizliyi sızanaq xəstəliyinin əsas səbəbləri hesab edilir. Müalicə edilmədikdə yara və ləkələrə çevrilən sızanaqlardan evdə hazırlaya biləciyimiz bəzi təbii və bitki mənşəli tərkiblərdən istifadə edərək xilas ola bilmək mümkündür.

İndi gəlin hər kəsin asanlıqla evdə hazırlaya biləcəyi təbii və bitki mənşəli tərkiblər və bunların sızanaqlara tətbiqi ilə tanış olaq.


1-Limon suyu və darçın:

Darçın və limon sızanaqları müalicə etmək üçün istifadə edilə bilən güclü anti-bakterial maddələrdir.

Bu tərkibi hazırlamaq üçün materiallar:

İki xörək qaşığı təzə sıxılmış limon suyu, 1 xörək qaşığı darçın

Hazırlanması: Darçın və limon suyunu qarışdırıb sızanaqlarınıza çəkin. 15-20 dəqiqə gözləyin, isti su ilə yuyun, nəmləndirici tətbiq edin və həftədə 2-3 dəfə təkrarlayın.

2- Limon və sarıkök

Sarıkök ağrı və iltihabı azaldan güclü bir anti-inflamatuardır.

Bu tərkibi hazırlamaq üçün lazım olan materiallar: Bir xörək qaşığı zerdeçal tozu, təzə sıxılmış bir ədəd limon suyu.

Hazırlanması: Sarıkök və limon suyunu qarışdırıb sızanaqlarınıza çəkin. 15-20 dəqiqə gözləyin, isti su ilə yuyun, nəmləndirici tətbiq edin. Bunu həftədə 2-3 dəfə təkrar edin. Sarıkök dərinizin az sarı qalmasına səbəb ola bilər. Bundan tərkib tətbiq edilən dərini bir neçə dəfə yuyaraq xilas ola bilərsiniz.

Bu tətbiq davam edənədək qoz və təzə üzüm istehlakı məsləhət görülməz. Qoz və təzə üzüm istehlakı həm sızanaq yarasının gec bağlanmasına, həm də yayılmasına səbəb ola bilər.

-Limon və gül Suyu (Qızılgül suyu):

Gül suyu sızanaqdan qıcıqlanmış dərini sakitləşdirmək üçün iltihab əleyhinə mübarizə edər.

Bu tərkibi hazırlamaq üçün materiallar:

Bir xörək qaşığı limon suyu, bir xörək qaşığı gül suyu.

Hazırlanması: Limon suyu və gül suyunu qarışdırıb, pambıq ilə sızanaqlarınıza çəkin. 20 dəqiqə gözlədikdən sonra dərinizi soyuq su ilə yuyun. İstədiyiniz nəticəni alana qədər hər gün təkrarlayın.

-Lavanda çayı:

Lavanda çayı həm sızanaqları, həm də sızanaq bölgəsindəki yara izlərini yox edər.

-Yaşıl çay:

Mütəmadi olaraq yaşıl çay içmək sızanaqların əmələ gəlməsinin qarşısını alır. Yaşıl çayın sızanaqlı bölgəyə tətbiq də faydalıdır.

Bal:

Bal dəriyə qulluq üçün ən əhəmiyyətli və təsirli məhsullar arasında yer alır. Sızanaq problemlərini aradan qaldıran bal daha gənc qalmağınızı təmin edə bilər.

-Üzvi alma sirkəsi:

Sirkə antibakterial və antimikrobiyal xüsusiyyətləri səbəbi ilə sızanaqları qurutmaq üçün istifadəsi tövsiyə olunan məhsullar arasındadır.

Bir xörək qaşığı üzvi alma sirkəsi, 2 xörək qaşığı su ilə qarışdırılıb gündə iki dəfə, yəni səhər və axşam pambıq yardımı ilə sızanaqlı dəriyə tətbiq edilərsə sızanaqdan xilas oluna bilər.

-Mineral su və alma sirkəsi:

Yarım stəkan mineral su və yarım stəkan alma sirkəsi qarışdırılıb, həftədə 3 dəfədən çox olmamaq şərtiylə sızanaq bölgəsinə tətbiq edilərsə dəri sağala bilər

-Təbii ev qatığı:

Ev qatığı sayəsində dəriniz bir çox problemdən xilas ola bilər. Bunun üçün hər gecə yatmazdan əvvəl dərinizə 1 qaşıq qatıq çəkin və 10 dəqiqə gözlədikdən sonra ilıq su ilə yuyun.

- Hind qozu (Kokos palması) yağı:

Hind qozu yağı dərini qidalandıran və nəm balansını qoruyaran bitki mənşəli məhsuldur. Hindistan qozu yağının gündə bir təfə tətbiq edilməsi ilə nəmli dəriyə qovuşmaq və sızanaqlardan xilas olmaq mümkündür. Hind qozu yağı məsamələrin açılmasını və artmasını sürətləndirər.

-Qəhvə dənələri:

Qəhvə təlvəsi, yəni dənələri, türk qəhvəsində fincanın dibində qalan çöküntüyə deyilir. Bu sızanaqlara çəkilir, 10 dəqiqə gözlədikdən sonra yuyulur.

Saglamolun.Az
Print Email
FaceBook Twitter Google