İnsanın ümumi sağlamlığında bağırsaqların sağlamlığı böyük rol
oynayır.
Bağırsaqlarda orqanizmə daxil olan qidalı maddələrin sovrulması
prosesi baş verir. Orqanizmin normal fəaliyyəti üçün ona çoxlu
sayda müxtəlif maddələr lazımdır - zülallar, karbohidratlar,
vitaminlər, minerallar və s. Bu maddələrin çatışmamazlığı bir çox
xəstəliklərin və pozulmaların inkişafına təkan verir.
Sizə bağırsaqlar üçün ən faydalı 5 məhsul təqdim
edirik:
- Buğda kəpəyi. Bağırsaqları təmizləyir, onların fəaliyyətini
yaxşılaşdırır, qəbizliyi aradan qaldırır.
- Çuğundur. Bu tərəvəz bağırsaqlar üçün ən faydalı sayılır. Bərk
qidalı liflərlə zəngin olan çuğundur bağırsaqları təmizləyır,
disbakteriozu müalicə etməyə kömək edir.
- Qoz. Yeni elmi araşdırmalar göstərib ki, qoz düz bağırsağın
xərçəng xəstəliyinin riskini azaldır.
- Kefir. Bu məhsul bağırsaqlarda çürümə prosesləri azaldır,
mikrofloranın bərpasına kömək edir.
- Bal. Güclü iltihab və mikrob əleyhinə, yarasağaldan təsirə malik
olan bal bağırsaqların selikli qişasına müsbət təsir edir.
Saglamolun.Az