Şübhəsiz ki, isti havalarda sərinləmək üçün ən çox seçilən qida
dondurmadır. Dondurma düzgün istehlak edilərsə, heç bir sağlamlıq
problemi yaratmaz. Ancaq düzgün istehlak edilmədikdə, immuniteti
aşağı olan insanlarda boğaz infeksiyasına səbəb ola bilər.
Yay aylarının əvəzolunmazı olan dondurmanın tərkibində süd, yağ,
şəkər, zülal və kalsium kimi orqanizm üçün vacib maddələr var. Bu
qidanın təbii meyvələrdən hazırlanmış növləri antioksidant
mənbəyidir.
- Bəs dondurmanı necə istehlak
etməliyik?
Dondurmanı soyuq olmayan su ilə istehlak etmək boğaz infeksiyaları
ehtimalını azaldır.
Bundan əlavə, dondurma qablaşdırmadan çıxarıldıqdan dərhal sonra
istehlak edilməməlidir. Bir müddət gözləmək mədə və bağırsaqlar
üçün faydalıdır. Bu qidanı kiçik tikələrə bölüb yemək məsləhət
görülür.
Dondurmanın həddindən artıq istehlakı çəki problemi olanlar üçün
problem yarada bilər.
Dondurmanı tox qarınla yemək, yedikdən sonra dişlərii qorumaq üçün
ağız qarqaraları etmək lazımdır.
Saglamolun.Az