Amerikada, Çində, Yaponiyada aparılan çoxsaylı araşdırmalar
sübut edib ki, hər gün alma yeyən insanlarda ürək-damar sistemi
xəstəliklərinin, infarkt və insultun riski azalır.
Almanın tərkibində olan xüsusi maddə flavonoid "kversetin"
damarları xolesterindən təmizləyir, onların bərkiməsinin qarşısını
alır, elastikliyini qoruyur. Sağlam və elastik damarlar ürəyin
sağlamlığı üçün çox vacibdir.
Araşdırmalar zamanı alimlər fikir veriblər ki, hər gün
alma yeyən
eksperiment iştirakçılarının qanında damarları sərtləşdirən
maddələrin miqdarı xeyli azalıb.
Mütəxəssislər ürək-damar sistemi xəstəliklərindən qorunmaq üçün hər
gün bir neçə alma yeməyi tövsiyə edirlər. Qırmızı almalar faydalı
maddələrlə xüsusilə zəngindir.
Mənbə: Saglamolun.Az