WhatsApp Telegrama bənzər kanal funksiyasını işə
salıb.
İndi bu funksiya 150 ölkədə əlçatandır.
Lent.az xəbər verir ki, bu barədə məlumat şirkətin saytında əks
olunub.
“Məqsədimiz ən yüksək məxfilik səviyyəsinə malik
mesajlaşma xidmətini inkişaf etdirməkdir” – şirkət
bildirib.
Qeyd edək ki, messencer iyun ayında Telegramdakına bənzər
kanalların istifadəyə verildiyini elan etmişdi. Yenilik ilkin
olaraq Kolumbiya və Sinqapurdan olan istifadəçilər üçün əlçatan
olub.
Mənbə: lent.az