Elm adamları qoca və ya sağalmaz xəstəliyə yoluxan şəxsin ölümə
yaxınlaşdığını
və ömrünün cəmi bir neçə gün qaldığını göstərən bir neçə əlamət
açıqlayıblar.
"Marneuli" radiosu bildirir ki, ABŞ Milli Sağlamlıq İnstitutunun
Milli Qocalma İnstitutunun araşdırmasının nəticələri Britaniyanın
“The Daily Express” nəşrində dərc olunub.
“Ən ümumi əlamətlərdən biri nəfəs darlığıdır, buna
bəzən hava aclığı deyilir, çünki insanlar tez-tez
boğulurlar”, - materialda vurğulanır.
Bundan əlavə, elm adamları qaçılmaz ölümü göstərə biləcək psixi
pozğunluqların olduğunu öyrənə biliblər. Ən çox görülənlər
depressiya, artan narahatlıq və diqqətsizlikdir. İnsan getdikcə
yorğun və yuxulu ola bilər.
Mənbə: lent.az