Erektil disfunksiya (cinsi zəiflik, impotensiya) daha
tez-tez yaşlı kişilərdə təsadüf edilir.
Lakin bəzən cavan kişilər də bu problemlə üzləşir. Bu pozulmanın
səbələri fizioloji və psixoloji ola bilər. Erektil disfunksiyanın
müalicəsi müxtəlif üsullarla aparılır, lakin pozulmanı müalicə edən
universal preparat mövcud deyil.
Bir neçə ölkədə aparılmış elmi araşdırmalar göstərib ki, cinsi
zəiflik zamanı qırmızı jenşenin istifadə
çox yaxşı nəticələr
verir.
"Marneuli" radiosu xarici KİV-lərə istinadla xəbər verir ki,
araşdırmanın birində cinsi zəifliyindən əziyyət çəkən 119 kişi
iştirak edib. 8 həftə ərzində kişilərin bir qrupu qırmızı jenşen,
digər qrupu plasebo ("boş həb") qəbul edirdi. 8 həftədən sonra
məlum olub ki, qırmızı jenşeni qəbul edən kişilərdə ereksiya
yaxşılaşıb.
Alimlərin fikrinə görə, bitki qan dövranını yaxşılaşdırır və
əzələləri boşaldır ki, bu da cinsi zəifliyinin müalicəsində kömək
edir.
Qırmızı jenşenin müalicəvi effekti Amerika ailə həkimlərinin
akademiyası tərəfindən təsdiq olunub.
Mənbə: Saglamolun.Az