Sizə ən faydalı 5 bitki çayı təqdim edirik.
- Nanə çayı.
Sakitləşdirir, stresi azaldır, baş, qarın, menstruasiya ağrılarını
azaldır, köpdən azad edir, damarları genişləndirir.
- Zirinc çayı.
İltihabı azaldır, mikrobları öldürür, arterial təzyiqi və şəkəri
aşağı salır, immun sitemini möhkəmləndirir, iştahanı artırır.
- İtburnu çayı.
İmmuniteti möhkəmləndirir, güclü iltihabəleyhinə təsirə malikdir,
sidik kisəsini və sidik yollarını təmizləyir
və iltihabı azaldır,
təzyiqi aşağı salır, damarları təmizləyir və möhkəmləndirir.
-
Kəkliotu çayı.
Mədə-bağırsaq sistemini şlaklardan, toksinlərdən təmizləyir,
qurdları öldürür, bəlgəmgətirici təsirə malikdir, orqanizmi
tonuslaşdırır, stresi azaldır, kişilərdə potensiyanı
gücləndirir.
- Çobanyastığı çayı.
Sakitləşdirir, bağırsaqları təmizləyir, bağırsaqlarda iltihabı
azaldır, immuniteti gücləndirir, soyuqdəymə və qrip zamanı
faydalıdır, menstruasiya zamanı ağırıları azalıdır.
Bu çayları hazırlamaq üçün 1 çay qaşığı bitki 1 fincan qaynar suda
20 dəqiqə ərzində dəmlənilir, süzülür və adi çay kimi içilir.
İtburnu çayı hazırlamaq üçün 1 xörək qaşığı itburnu əzilir,
termosda 1 stəkan suda 1 saat ərzində dəmlənilir, 2-3 dəfə yaxşı
süzülür və adi çay kimi içilir.
Zövqə görə çaya bal, limon əlavə etmək olar.
Mənbə: Saglamolun.Az