"Nağıl Saat"nın qonağı Ayla Məmmədova oldu
Ayla Məmmədovanı tanıyaq:

Ayla Məmmədovanın 10 yaşı var və o, Sumqayıt şəhərində yerləşən Nəsrəddin Tusi adına 12 saylı orta məktəbinin 4-cü sinifində oxuyur.

Əslən Gürcüstanlı olmasına baxmayaraq Ayla Sumqayıt şəhərində yaşayır.

O, "Marneuli" radiosunun körpə və yeniyetmələr üçün nəzərdə tutduğu "Nağıl Saatı"nda dinləyicilərə "Qoğal" nağılını danışdı.

Əziz valideynlər!

Siz də radiomuzun körpələrə ayıracağı "Nağıl Saatı"-na öz övladlarınızı və yaxınlarınızı yönləndirə, onların danışacağı nağılları 96.9 fm vasitəsi ilə dinləyə bilərsiniz.

7 yaşından 16 yaşa qədər körpə və yeniyetmələri radioda Azərbaycan, gürcü xalq nağıllarını, eləcə də dünya nağıllarını səsləndirməyə dəvət edirik.

Maraqlanan şəxslər 557 99 44 15 nömrəsinə zəng vura və "Marneuli" radiosunun jurnalisti Pərvin Hacıyeva ilə əlaqə saxlaya bilərlər.

İdea: "Marneuli" Radiosu

Müəllif: Pərvin Hacıyeva

Hazırladı: Amil Məmmədov
Print Email
FaceBook Twitter Google