"Nağıl Saatı"nın qonağı Elen Təhməzova oldu
Elen Təhməzova Aşağı Saral kəndində yaşayır. Onun 10 yaşı var və Aşağı Saral ictimai məktəbin 5-ci sinif şagirdidir.

Nağıl danışmağı çox sevən Elen bu gün "Marneuli" radiosunda "Nağıl Saatı"nın qonağı olaraq dinləyicilərə öz sevimli nağılını danışdı.

Əziz valideynlər!

Siz də radiomuzun körpələrə ayıracağı "Nağıl Saatı"-na öz övladlarınızı və yaxınlarınızı yönləndirə, onların danışacağı nağılları 96.9 fm vasitəsi ilə dinləyə bilərsiniz. 7 yaşından 16 yaşa qədər körpə və yeniyetmələri radioda Azərbaycan, gürcü xalq nağıllarını, eləcə də dünya nağıllarını səsləndirməyə dəvət edirik. Maraqlanan şəxslər 557 99 44 15 nömrəsinə zəng vura və "Marneuli" radiosunun jurnalisti Pərvin Hacıyeva ilə əlaqə saxlaya bilərlər.


İdea: "Marneuli" radiosu

Müəllif: Pərvin Hacıyeva

Hazırladı: Amil Məmmədov
Print Email
FaceBook Twitter Google