Tarixdə Bu Gün
Tarixdə Bu Gün 14.05.2019-cu il.

1643-cü ilin 14 mayında XIII Lüdoviqin vəfatından sonra onun 4 yaşlı oğlu XIV Lüdoviq Fransa taxt-tacına sahib olub.

14 may 1796-ci ildə Bioloq Edvard Cenner ilk dəfə 8 yaşlı bir oğlan uşağını çiçəyə qarşı peyvənd edib.
Qarabağ xanlığının Rusiyaya ilhaq edilməsi haqqında Kürəkçay müqaviləsi imzalanıb. Bu hadisə 1805-ci ildə baş verib.

14 may 1900-ci ildə Parisdə II Yay Olimpiya Oyunlarının açılışı olub.

1939-ci ilin bu günü Peruda 5 yaşında ikən uşaq dünyaya gətirən Lina Medina tibb tarixinə ən gənc ana olaraq düşüb.

2002-ci ilin bu günü Azərbaycan və Türkiyə arasında təmənnasız hərbi yardım haqqında müqavilə imzalanıb.

Print Email
FaceBook Twitter Google