Tarixdə Bu Gün
Tarixdə Bu Gün 15.05.2019-cu il.

1756-cı ilin 15 mayda Şimali Amerikadakı suverenlik mübarizəsində İngiltərənin Fransaya müharibə açması, Fransa-Hindistan döyüşü olaraq da bilinən Yeddi il müharibəsi başladı.

Bəstəkar, SSRİ xalq artisti, Azərbaycan musiqili komediyasının inkişafında mühüm xidmətləri olmuşdur Rauf Soltan oğlu Hacıyev 1922-ci il mayın 15-də Bakı şəhərində anadan olmuşdur.

1940-cı ilin bu günü McDonalds Amerikada qurulmuşdu.

15 may 1958-ci ildə Sovet İttifaqı Sputnik 3 peykini, 1960-cı ildə isə Sputnik 4 peykini fəzaya buraxdı.

8 ildən çox davam edən döyüşlərdən sonra Sovet ordusu olan Qırmızı Ordusu Əfqanıstandan çəkilməyə başladı. Bu hadisə 1988-ci ilin 15 mayında baş vermişdir.

Print Email
FaceBook Twitter Google