Kainatdakı ilk molekül kosmosda müşahidə olundu
Alimlər kainatda yaranmış ilk molekul növünün bir nümunəsini kosmosda kəşf etdilər.

ABŞ-ın Havaçılıq və Kosmos Agentliyi NASA-dan yayılan açıqlamaya görə İnfraqırmızı Astronomiya üçün Stratosfer Rəsədxanası (SOFİA) kainatdakı ilk molekul kimi tanınan helium və hidrogen atomlarının birləşməsi nəticəsində təşkil tapan "helium hidrid" adlı bir molekul nümunəsini təyin edib.

Alimlər hesab edirlər ki, Big Bangdan təxminən 100 min il sonra yaranan “helium hidrit”in atomların bir-birinə bağlanması ilə təşkil tapan kimyəvi tərkiblərin ən kiçik əsas strukturu olan molekullərin ilk nümunəsidir. Tədqiqatın nəticələri "Nature" jurnalda dərc edilib.

Mənbə: trt.net.tr
Print Email
FaceBook Twitter Google