"Facebook" 2,2 milyard saxta hesabı sildi
Sosial media platforması "Facebook" 2019-cu
ilin ilk üç ayında təxminən 2,2 milyard saxta hesabı
sildi.
"Facebook"dan verilən yazılı açıqlamada son 6 ayda platformada
narahatedici saxta hesab sayında ciddi bir artımın müşahidə
olunduğu və bunun səbəbinin avtomatik hücumlar olduğu bildirilərək,
2018-ci ilin ilk rübündə 1.2 milyard hesabın silindiyi, bu ilki
rəqəmin keçən ilə görə təxminən iki dəfə çox olduğu qeyd
edildi.
Amerikan mətbuatı sözügedən rəqəmin "Facebook"un bir rübdə ən çox
hesab silmə rekordu olduğunu vurğuladı.
Mənbə: trt.net.tr