Qatlanan smartfonların sayı artacaq – PROQNOZ
2025-ci ildə bu kimi smartfonların istehsalı 100 milyona çatacaq.

"2025-ci ildə hətta Apple şirkəti də qatlanan smartfonlar istehsal edəcək".

Marneulifm ted.az-a istinadən bildirir ki, bu haqda "Strategy Analytics" şirkətinin mütəxəssisləri məlumat yayıb.

Məlumata görə, ötən il təxminən 1 milyona yaxın qatlanan smartfon satışa çıxarılıb: "Yaxın illərdə bu kimi smartfonların sayı artacaq. 5 ildən sonra isə onların sayı 100 milyonu keçəcək".

Mütəxəssislər bildiriblər ki, qatlanan smartfon bazarında Samsung və Huawei şirkətləri liderlik edəcək: "2025-ci ildə bütün nəhəng istehsalçılar, o cümlədən Apple şirkəti də qatlanan smartfon modelini təqdim edəcək".

Mənbə-Milli.az

Print