“Facebook” şirkəti qarşıdakı illər ərzində fəaliyyətini daha çox
gənc istifadəçilərə uyğunlaşdırmağı nəzərdə tutur.
"Reuters" xəbər verir ki, bunu şirkətin baş direktoru Mark
Zukerberq səhmdarlarla görüş zamanı bildirib.
Onun sözlərinə görə, yaxın illərdə “Facebook” sosial şəbəkədən daha
çox “metakainat”la, yəni virtual məkanla əlaqədar fəaliyyət
göstərəcək:
"Bu istiqamətdə işləri genişləndirmək üçün
məhsullar qrupu yaradan “Facebook”un qarşıdakı 5 il ərzində
Avropada 10 min əməkdaşı işlə təmin etmək
niyyətindədir".
“Bu sərmayə yaxın gələcəkdə mənfəət gətirməyəcək. Lakin
metakainatın mobil interneti əvəzləyəcəyinə inanırıq”
– M.Zukerberq deyib.
Qeyd edək ki, görüşdən əvvəl şirkətin bu ilin üçüncü rübünə dair
dərc olunan maliyyə hesabatına görə, şirkətin gəliri rüb ərzində 17
faiz artaraq gözlənilən 29,57 milyard dollara qarşı 29 milyard
dollar olub ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 35 faiz
çoxdur.
Ötən gün keçirilən hərraclarda 1 faizədək bahalaşan “Facebook”un
səhmləri ilin əvvəlindən bu yana 20 faizədək artıb.