Azərbaycanda 2024-cü ilin sonunadək 100 faiz optik internet şəbəkəsi qurulacaq
2024-cü ilin sonunadək Azərbaycanda 100 faiz optik internet şəbəkəsi qurulacaq.

Bunu Tbilisidə keçirilən “Beynəlxalq Rəqəmsal Əlaqə Sammiti – 2022”də iştirak edən Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov jurnalistlərə açıqlamasında deyib. O, bildirib ki, ilin sonunadək çəkiləcək fiberoptik internet şəbəkəsi 800 min nəfəri yüksəksürətli internetlə təmin edəcək.

“Azərbaycanda fiberoptik internet şəbəkəsi genişləndirilir. Biz son bir il ərzində Aztelekom, Baktelekom vasitəsilə fiberoptik şəbəkənin genişləndirilməsinə başlamışıq. Bu günə artıq 600 min əhalinin yaşadığı ərazidə optik internetin verilməsi imkanları mövcuddur. İlin sonuna bu rəqəm 800 minə çatdırılacaq və 2024-cü ilin sonunadək Azərbaycanda 100 faiz yüksəksürətli optik internet şəbəkəsi qurulacaq”,
- deyə nazir müavini bildirib.

Mənbə: apa.az
Print Email
FaceBook Twitter Google