Twitter-də mavi işarəyə görə pul tutulacaq
Mavi işarə aya 8 dollara olacaq

Twitter Inc. Mavi işarə xidmətinə, yəni hesabın “təsdiqlənmiş” kimi göstərilməsinə görə aya 8 dollar alacaq. Bunu şirkətin yeni rəhbəri İlon Mask dünən – noyabrın 1-də bildirib. Mask sosial şəbəkəyə abunə sayını artırmağa, onun reklamlardan asılılığını azaltmağa çalışır.

“Twitter-in hazırda mavi işarəsi olanlar və olmayanlar üçün lordlar və kəndlilər sistemi boşboğazlıqdır. Hakimiyyət xalqa! Mavi işarə aya 8 dollara”, – deyə Mask tvitində yazıb. O, qiymətin “ölkə üzrə, alıcılıq qabiliyyəti paritetinə uyğun olaraq” dəyişəcəyini qeyd edib.

Twitter-də istifadəçinin adının yanındakı mavi işarə hesabın həmin şəxsə, yaxud şirkətə məxsus olmasını təsdiqləyir. Hazırda Twitter əksər istifadəçilər üçün pulsuzdur.

Mask Twitter-i 44 milyard dollara alıb.

Print Email
FaceBook Twitter Google