İlon Mask “Twitter”i aldıqdan sonra daimi yenilikləri ilə
gündəmə gəlir.
İndi isə platforma istifadəçi adlarının ticarətinə başlamağı
düşünür.
Məlumata görə, şirkət gəliri artırmaq üçün adların satışına
başlamaq istəyir. Hətta bəzi istifadəçi “name”lərinin satışı dekabr
ayından müzakirə olunmağa başlayıb.
Onlayn hərraclarda @ işarəsindən sonra sözlər, rəqəmlər və ya
simvollardan ibarət istifadəçi adları təklif olunacaq.
Mənbə: lent.az