“Whatsapp”dan YENİLİKLƏR - Mesajlarınızı köçürə biləcəksiniz
“Whatsapp” mesajlaşma tətbiqində çatların köçürülməsi funksiyası çat tarixçələrinin yeni Android cihaza kopyalanması həyata keçiriləcək.

Bu barədə “WABetaInfo” saytı məlumat yayıb.

Məlumata görə, mesajları yeni telefona “Google Drive”dan istifadə etmədən kopyalamağa şərait yaranacaq.

Bundan əlavə, kontaktların bloklanması funksiyası da yeniliklər arasındadır.

Həmçinin, tətbiq üzərindən kameranın istifadəsi halında istifadəçi bir sadəcə ekranı sola sürüşdürməklə video və foto çəkiliş arasında sürətli keçidi reallaşdıra biləcək.

Mənbə: lent.az
Print Email
FaceBook Twitter Google