Ötən ildən "Google" şirkəti "YouTube"da "Go Live Together" adlı
birgə canlı yayımlar funksiyasını test edirdi.
indi isə məlum olub ki, bu funksiya bütün "YouTube" istifadəçiləri
üçün istifadəyə verilib.
Go Live Together funksiyası "YouTube"da canlı yayım zamanı
istifadəçiyə digər istənilən istifadəçini canlı yayıma dəvət etmək
imkanını verir. Bu halda istifadəçi hətta canlı yayım izləyicisini
də dəvət edə bilər.
Dəvət isə öz nöbəsində link formasında istifadəçiyə göndərilir.
Məlumatda qeyd edilib ki, "YouTube" üzərindən reallaşdırılan birgə
canlı yayımlarda yalnız iki nəfər iştirak edə bilər. Bununla belə
canlı yayımı reallaşdıran şəxs dəvət edilmiş istifadəçini canlı
yayımdan çıxarıb onun yerinə digərini dəvət edə bilər.
Mənbə: LENT.AZ